17 
Avq
2018
11:42
41
413
3821
Virtual karabakh

Ərdoğanın tərəfdarları qəzaya düşdü: ölənlər var - FOTO/VİDEO

17 Avq, 2018
11:42
3821

Ərdoğanın tərəfdarları qəzaya düşdü: ölənlər var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə AKP (Ədalət və İnkişaf Partiyası) üzvlərini aparan avtobus avtomobillə toqquşub.

Oxu.Az “Milliyət”ə istinadən xəbər verir ki, hadisə Van-Ankara avtomagistralında baş verib.

Ağır qəza nəticəsində dörd nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

Məlumata görə, qəza axşam saatlarında meydana gəlib. Avtobus Vandan konfrans üçün Ankaraya gedən AKP üzvlərini aparırmış.

Qəzadan sonra yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri