17 
Avq
2018
12:07
212
43
5249
Virtual karabakh

Koçaryan Rusiyasız Ermənistanın nə olduğunu Paşinyana xatırlatdı

17 Avq, 2018
12:07
5249

Koçaryan Rusiyasız Ermənistanın nə olduğunu Paşinyana xatırlatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Yerkir Media” telekanalına müsahibəsində hazırkı baş nazir Nikol Paşinyanın siyasətini tənqid edib.

Oxu.Az xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Rusiya ilə müttəfiqliyin Ermənistanın təhlükəsizlik məsələsi olduğunu bildirib.

“Gəlin, mənə qarşı cinayət işini Rusiya ilə bağlamayaq. Mən istəmirəm ki, bu iş personalaşdırılsın. Lakin Paşinyan bütün dünyanın Ermənistana, Ermənistandakı vəziyyətə uyğunlaşmalı olduğunu bəyan edəndə, bu, məndə ciddi narahatlıq doğurur”, - deyə Koçaryan qeyd edib. 

O vurğulayıb ki, Rusiya elə bir ölkə deyil ki, onunla bu dildə danışsınlar.

“Bu müttəfiqlik olmadan Ermənistanın təhlükəsizliyi böyük sual altında qalacaq”, - deyə eks-prezident əmindir.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri