17 
Avq
2018
19:12
187
76
7215
Virtual karabakh

Messinin qardaşına hökm oxundu

17 Avq, 2018
19:12
7215

Messinin qardaşına hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kataloniya “Barselona”sının argentinalı forvardı Lionel Messinin qardaşı - Mattias - qanunsuz odlu silah saxlamaqda ittiham olunub və 2,5 şərti olaraq azadlıqdan məhrum edilib.

Oxu.Az xəbər verir ki, müdafiə və ittiham tərəfi Messinin qardaşının cəza olaraq ictimai işləri yerinə yetirəcəyinə dair razılıq əldə ediblər. O, məktəblərin birində uşaqlara futbol tədris edəcək.

Mattias Messiyə qarşı cinayət işi ötən ilin noyabrında başlanılıb. Polislər onun qəzaya düşən yaxtasında odlu silah aşkarlamışdılar. Futbolçunun qardaşı bu silahın mənşəyinə dair sualı cavablandıra bilməmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri