20 
Avq
2018
19:04
626
144
14878
Virtual karabakh

Türkiyədə ABŞ səfirliyini atəşə tutanlardan biri saxlanılıb - YENİLƏNİB

20 Avq, 2018
19:04
14878

Türkiyədə ABŞ səfirliyini atəşə tutanlardan biri saxlanılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Türkiyədəki səfirliyinin atəşə tutulması ilə əlaqədar bir nəfər saxlanılıb. 

Oxu.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları həmin şəxsi Ankarada ələ keçiriblər. 

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyinin atəşə tutulması hadisəsindən sonra xarici ölkələrin Türkiyədəki səfirlik və konsulluqlarının mühafizəsi gücləndirilib. 

Bu gün səhər saatlarında naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasına 6 dəfə atəş açıblar. Onların axtarışı məqsədilə tədbirlər görülür. 

14.27

ABŞ səfirliyinə edilən basqını qınayırıq.

Oxu.Az-ın xəbərinə görə, bunu ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücumla bağlı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O qeyd edib ki, bu, açıq şəkildə ölkədə xaos yaratmağa cəhddir.

“Türkiyə təhlükəsiz bir ölkədir və bütün diplomatik korpuslar qanunların nəzarəti altındadır. Hadisə araşdırılmaqdadır və ən qısa zamanda aydınlaşdırılacaq”, - deyə o əlavə edib.

11:27

Bu gün səhər saatlarında ABŞ səfirliyinə qarşı bir silahlı hücumun gerçəkləşdirildiyini təsdiqləyə bilərik.

Oxu.Az-ın “Sözçü”yə istinadən xəbərinə görə, bunu ABŞ-ın Türkiyədəki səfirliyi səhər saat 05:00 radələrində hələ də kimliyi bilinməyən silahlı şəxslər tərəfindən səfirliyin binasının atəşə tutulması ilə bağlı yaydığı yazılı açıqlamada bəyan edib.

“Səfirliyin əməkdaşlarından hər hansı birinin yaralanması ilə bağlı məlumat yoxdur və hadisənin təfərrüatını araşdırırıq.

Türk polisinə vaxtında çevik reaksiya verdiyi üçün təşəkkürlərimizi bildiririk”, - deyə açıqlamada qeyd olunur.

08:58

ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücum olub.

Oxu.Az-ın “Sözçü”yə istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında, təxminən 05:00 radələrində baş verib.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar.

Səfirliyin 6 saylı qapısı qarşısında baş verən hadisədə 5-6 dəfə silah səsləri eşidilib və güllələrdən biri binanın dam örtyünə dəyib.

Polis hazırda silahlı şəxslərin axtarışına başlayıb.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri