27 
Avq
2018
15:00
10
112
8478
Virtual karabakh

Koçaryanın işini süjeti yazılmış seriala çevirirlər - MÜSAHİBƏ

27 Avq, 2018
15:00
8478

Koçaryanın işini süjeti yazılmış seriala çevirirlər - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın siyasi və iqtisadi kommunikasiya agentliyinin baş analitiki Mixail Neyjmakov Oxu.Az-a müsahibə verib. 

- Ermənistan baş naziri Nikol Paşinyan ölkədə konstitusiyaya dəyişiklikləri həyata keçirmək niyyətində olduğunu açıqlayıb. Dəyişikliklər ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. O, seçkilərin keçirilməsinə razıdır, ancaq istefaya getməyəcəyini açıqlayıb. Bu, nə ilə bağlıdır? Paşinyan özünü baş nazir postunda etibarlı saymır?

- Nikol Paşinyanın parlamentə təzyiqləri məhdudlaşdırılıb, yoxsa o, çoxdan növbədənkənar prezident seçkiləri keçirmişdi. 2014-cü il fevralın 21-də Ukrayna Ali Radasının deputatları bir gün içərisində parlamentin və bir sıra hüquq-mühafizə strukturunun rəhbərliklərini dəyişdi, ölkədə növbədənkənar prezident seçkiləri təyin etdi. 

Ermənistanda isə Serj Sarqsyanın istefası, ikinci cəhddən Nikol Paşinyanın baş nazir seçilməsinə, “məxməri inqilabdan” aylar keçməsinə baxmayaraq, parlamenti hələ də keçmiş hakimiyyətdən bu postu tutan Area Babloyan idarə edir, parlamentdə hələ də Respublika Partiyası üstünlük təşkil edir. Yeni hakimiyyətin gəlişindən sonra bu partiyanı səkkiz deputat tərk edib. 

Paşinyan Serj Sarqsyanın keçmiş opponentlərinin çoxuna arxalana bilməz. Hazırkı şərtlərlə Nikol Paşinyanın texniki istefası onun hakimiyyətdən həqiqi kənarlaşdırılmasına gətirib-çıxara bilməz. 

Və əsas sual budur: növbədənkənar parlament seçkiləri keçirilən vaxt nə baş verəcək? Paşinyanın həmin vaxt populyarlığı vacib deyil, ancaq bir neçə ay davam edən seçkiqabağı kampaniya vaxtı ona ciddi qüvvələr lazımdır. 

- Yerevandakı mitinqdə çıxışı zamanı Paşinyan bildirib ki, hökumət rəhbəri kimi iki dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşüb və üç dəfə telefon əlaqəsi saxlayıb. Baş nazir Moskva ilə dostluğun dərinləşdirilməsini və ikitərəfli əlaqələrin səviyyəsinin yüksəldilməsini “strateji tapşırıq” adlandırıb. Onun fikirləri Yerevanın Qərb istiqamətində xarici siyasətinə nə dərəcədə uyğundur?

- Həqiqətən də, Paşinyanın komandası aparıcı Qərb dövlətləri ilə münasibətlərdə prinsipial heç nə etmir. Misal üçün, çoxları Ermənistanın Gürcüstanda keçirilən NATO-nun “Layiqli tərəfdaş -2018” təlimlərdə iştirakını qeyd edib.

Ancaq erməni hərbi qulluqçuları “Noble Partner 2017” təlimində də iştirak ediblər, o zamankı müdafiə naziri Viqen Sarkisyan açıq dedi ki, Alyansla əməkdaşlıq “hərbi təhsil, hərbi tibb və sülhməramlılıq məsələlərində” maraqlı təcrübələr yaradır. 

Yerevanla Avropa Birliyi arasında əməkdaşlığa gəlincə isə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Avropa Komissiyasının yaydığı hesabatda 2015-ci ildən etibarən, daha dəqiq desək, Sarqsyanın idarəçiliyi dövründən bu münasibətlərdə xeyli irəliləyişin olduğu bildirilib. 

Ermənistanın Qərbə tərəf daha radikal dönüş etməsi üçün Avropa nəhənglərinin özlərinin Yerevana qarşı real addımlar atması vacibdir. Eyni zamanda, misal üçün, Vaşinqton tərəfindən Ermənistanın yeni hökumətinə verilən vəd hələlik təmkinli xarakter daşıyır (2018-ci il mayın sonunda ABŞ Dövlət Departamentinin nümayəndəsi Bricit Brink Yerevana səfər edib).

Əlbəttə ki, tarixdə “əməkdaşlığı” tək qapıda oynanılan oyun kimi istifadə edənlər var, ancaq Paşinyanın bu cür səhvdən qaçmaq üçün kifayət qədər siyasi duyğusu var. 

Bütün bunlar Ermənistan rəhbərliyini Moskva ilə dialoqlarda ehtiyatlı davranmağa məcbur edir və Rusiya tərəfi, güman ki, bunu başa düşür. Ehtimal etmək olar ki, Moskvanı daha çox Paşinyanın “gözlənilməzliyi deyil”, ümumilikdə Ermənistanda sabitliyin pozulması riskləri narahat edir. 

- 2008-ci ildə ölkədə baş verən hadisələrdə ittiham olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı qaldırılan cinayət işi sona çatdırılacaqmı? Axı Koçaryan azadlığa çıxıb, Xaçaturov isə Rusiyaya gedib.

- “Koçaryan işi”ndə Paşinyan Scilla və Xaribdis arasından keçməli olacaq. Bir tərəfdən, Koçaryan fəaldır, azadlıqdadır və öz siyasi planları haqqında danışır – “Doktor Zlo” roluna gözəl namizəddir.

Digər tərəfdən, Koçaryanın “möhkəmliyi” hazırkı baş nazirin zəifliyi ilə bağlı ittihamlara səbəb olacaq. Buna görə Paşinyanın komandası “Koçaryanın işi”ni “süjeti yazılmış seriala” çevirməyə çalışır. Serialın birinci hissəsində eks-prezidentin taleyi tükdən asılıdırsa, növbəti seriada o, həbs həyatından qaçmaq üçün addım atır. 

Bu fonda Yuri Xaçaturova qarşı hazırkı hökumətin fəaliyyəti “Koçaryan işi”nin kölgəsində qalacaq. Bu, daxili siyasi müstəvidə Paşinyanın komandasına qarşı tənqidi münasibəti yumşaldacaq.

- Robert Koçaryanın böyük siyasətə qayıtmasının əsas məqsədi nədir?

- Burada Ermənistanın ikinci prezidentinin hüquq-mühafizə orqanları tərəfindən təqib olunmasını vurğulamasından söhbət getmir. İyulda dindirilmədən əvvəl onun ofisinin nümayəndələri Koçaryanın ölkə hüdudlarından kənarda olduğunu açıqlamışdı. 

Belə ki, o istəsəydi, Ermənistana qayıtmaya bilərdi və siyasi bəyanatlardan, risklərdən qaça bilərdi. Ehtimal ki, bu siyasi tapşırıqları yerinə yetirmək deyil, məhz siyasi ambisiya cəhdidir. Məhz Koçaryanı fərqləndirən sərt üslublu şəxslər çox tez-tez bu cür addımlar atır. 

Unutmayaq ki, sabiq ölkə liderlərinin fəal siyasi rola qayıtması Ermənistan üçün xarakterikdir – Levon Ter-Petrosyanı və ya Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin sabiq birinci katibi Karen Demirçyanı göstərmək olar. 

Görünür, keçmiş hökumətlə əlaqəli olan oyunçulara Ermənistan ikinci prezidentinin belə ambisiyaları sərfəlidir. Müxalif cəbhəsində bu cür insanın ictimai dəstək səviyyəsindən asılı olmayaraq, fəallaşması vəziyyətində, açıq əməkdaşlığı etiraf etməsələr də, onun bütün potensial müttəfiqlərinin “siyasi kapitallaşmasını” yüksəldir. Daha doğrusu, onların hökumətlə danışıqlar mövqeyini gücləndirir. 

- Serj Sarqsyanın “komandası” xarici qüvvələrin köməyilə gələcəkdə hazırkı erməni hökumətinə qarşı ciddi rəqib ola bilər?

- Siyasi publisistikada bəzən möhkəm qoca və oğlan haqqında analogiyadan istifadə edirlər – döyüşçülərin birində enerji və vaxt, digərində isə təcrübə və yaxşı resurslar olur. Ancaq bu, həmişə özünü doğrulmur. Tez-tez müxalifətdə uzun müddət hakim qrupda çalışan qüvvələrdən daha çox “qoca” xüsusiyyətlər olur. 

Yeni və indicə idarəetmədən uzaqlaşdırılmış hakim komandalar arasında bu cür analogiyalara tez-tez rast gəlinir. Əgər köhnə hakim partiya ilk zərbədən “atomlara” parçalanmayıbsa, əgər onun iştirakçıları qarşılıqlı fəaliyyət göstərirlərsə, onlar yeni komandanın strateji planları üçün mühüm maneə ola bilərlər. 

Belə bir şeyi biz Ermənistan parlamentində Respublika Partiyasının nümayəndələrində müşahidə etdik. Ancaq yeni komandanın “təsüdafi” deyil, ciddi və uzunmüddətli hakimiyyətə gəldiyi aydın olduqca, köhnə komanda əlaqələrini itirmək və tamamilə dağılmaqla risk edir.

Aparat metodu ilə keçmiş komandanın ayrı üzvlərinin siyasətdə qalmasını təmin etmək olar. Onlar cəmiyyətdə dayaq axtarmaq və “küçə” ilə danışmaq yollarını axtarmalıdırlar. 

Q.D.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri