28 
Avq
2018
16:53
147
362
4460
Virtual karabakh

Ər-Riyad İranı zərbə endirməklə hədələdi

28 Avq, 2018
16:53
4460

Ər-Riyad İranı zərbə endirməklə hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Tehranın Hörmüz boğazını bağlayacağı təqdirdə İrana zərbələr endirəcək. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Səudiyyənin energetika naziri İbrahim əl Muxanna deyib. 

Onun sözlərinə görə, Tehranın bu boğazı bağlaması üçün səlahiyyəti yoxdur, çünki Hörmüz boğazının şimal hissəsi İrana, cənub hissəsi isə BƏƏ və Omana aiddir. Əl-Muxanna qeyd edib ki, əgər İran Hörmüz boğazını bağlasa, BMT Təhlükəsizlik Şurası hərbi müdaxil edəcək. O əlavə edib ki, Tehrana qarşı sanksiyalar, çətin ki, dayandırılsın.

“Press TV” telekanalı avqustun 27-də İran Hərbi Dəniz Qüvvələrinin generalı Əlirza Tanqsirinin fikirlərini yayımlayıb. O deyib ki, Tehran Fars körfəzi və Hörmüz boğazına tam nəzarət edir və öz sularını müdafiə etməyə hazırdır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri