30 
Avq
2018
22:08
34
143
3590
Virtual karabakh

Depardye seksual qısnamada ittiham olundu

30 Avq, 2018
22:08
3590

Depardye seksual qısnamada ittiham olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paris Prokurorluğu məşhur aktyor Jerar Depardye barəsində ilkin araşdırmaya başlayıb.

Oxu.Az-ın BFMTV-yə istinadən verdiyi məlumata görə, müvafiq qərar seksual qısnama ilə bağlı şikayətlərdən sonra qəbul olunub. 

Bildirilir ki, avqustun 27-də 22 yaşlı fransalı aktrisa hüquq-mühafizə orqanlarına şikayət edib. O deyib ki, avqustun 6 və 13-də yaşadığı mənzildə Depardye tərəfindən seksual qısnamaya məruz qalıb. 

Depardyenın vəkili Erve Temin isə bildirib ki, aktyor bu ittihamları qəbul etmir. Onun sözlərinə görə, Depardye gənc aktrisanın ittihamlarından çox təsirlənib. 

Vəkil əlavə edib ki, Depardye həmin qadını tanıyır. 

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri