Sen
2018
16:27
211
26
6156
Virtual karabakh

“Toyota” milyondan çox “təhlükəli” maşınını geri çağırır

5 Sen, 2018
16:27
6156

“Toyota” milyondan çox “təhlükəli” maşınını geri çağırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın “Toyota” şirkəti bir milyondan çox “Prius” və “C-HR” modellərindən olan avtomobilini yanğın riski səbəbindən geri çağıracaq.

Oxu.Az “Vesti.Ekonomika”ya istinadla xəbər verir ki, geri çağırış “Prius” avtomobillərinin son nəslinə məxsus bütün avtomobillərə, o cümlədən bu ilin mayına kimi istehsal olunan elektromobillərə və “C-HR” modellərinin hibrid versiyalarına aiddir. 

Şirkətin rəsmi nümayəndəsi Jan-İva Jo deyib ki, 1,03 milyon avtomobildən 554 mini Yaponiyaya, 192 mini isə ABŞ-a göndəriləcək.

Qalan avtomobillərin istehsal olunduğu ölkələr açıqlanmayıb.

Şirkətdən bildirilib ki, bloku mühərrikə qoşan naqillər zaman keçdikcə qısaqapanmaya və hətta yanğına səbəb ola bilər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri