10 
Sen
2018
17:13
265
36
9863
Virtual karabakh

Ərdoğan diplomatiyadan məyus oldu və gücə əl atdı - ŞƏRH

10 Sen, 2018
17:13
9863

Ərdoğan diplomatiyadan məyus oldu və gücə əl atdı - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehran sammiti onu göstərdi ki, Putin və Ərdoğan İdlibin Əsədin nəzarətinə qaytarılması ilə bağlı hələ razılaşmayıblar. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Tsarqrad” telekanalının siyasi icmalçısı, siyasi elmlər namizədi Kamran Həsənov deyib. 

Onun sözlərinə görə, Moskvanın hərbi əməliyyatlar üçün legitim izahı var. 

“Rusiya prezidenti danışıqlar masasında “Ən-Nusra” və İŞİD-in olmadığını xatırlatdı. Türkiyə də onları terrorçu hesab edir, ancaq ümid edir ki, “Ən-Nusra” silahlarını təhvil verəcək. Ancaq bu, hələ baş vermir, Ankaranın cəhdləri əbəsdir. Türkiyə Moskva, Dəməşq və Tehranın ona möhlət verməyəcəyini deyir və İdlibə ordu göndərir”, - müsahibimiz bildirib. 

Ekspert əmindir ki, Ərdoğan diplomatiyadan məyus olub və güc faktorundan istifadə etmək qərarına gəlib. 

“Tankların və hərbi texnikaların göndərilməsində məqsəd türkyönümlü müxaliflərin qorunmasıdır. Ankara aydın şəkildə bildirir ki, Əsədin bölgəyə tam nəzarətinə imkan verməyəcək. Bununla yanaşı, Türkiyə Baş Qərargahı açıq şəkildə bildirir ki, Suriya ordusu ilə toqquşmalardan və təxribatdan qaçmaq lazımdır”, - o deyib.

Dünən Türkiyə hərbi texnikalarından ibarət karvan Suriya sərhədini keçib. Türkiyə hərbi karvanının son dayancaq nöqtəsi Suriyanın İdlib bölgəsidir. Ümumilikdə, karvana tank və BTR-lərlə birgə 300-ə yaxın hərbi texnika daxil edilib. 

Həsənovun fikrincə, silahlı müxaliflərlə terrorçular arasında dəqiq sərhədin olmadığını nəzərə alsaq, Türkiyə və Rusiya qoşunları arasında toqquşma riski çox yüksəkdir. 

“Ankara hərbi varlığını genişləndirməklə bu riski daha da artırır. Ancaq əminəm ki, iki ölkə kəşfiyyatçıları və xüsusi xidmət orqanları arasındakı əlaqə 2015-ci ildə baş verən hadisənin təkrarlanmasına imkan verməyəcək”, - müsahibimiz qeyd edib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri