12 
Sen
2018
00:11
24
128
3865
Virtual karabakh

Paşinyan dövlət əleyhinə təxribatdan danışdı

12 Sen, 2018
00:11
3865

Paşinyan dövlət əleyhinə təxribatdan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərlərinə imkanlı şəxslərin və yüksək vəzifəli məmurların mühafizə xidmətlərini yoxlamaq tapşırığı verib. 

Oxu.Az xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb. 

Baş nazir bu əməliyyat üçün güc strukturlarına iki saat vaxt verib. O, məmurların və imkanlı şəxslərin mühafizəçilərini tərksilah etməyi tapşırıb. 

Paşinyan xüsusi xidmət orqanları rəhbərlərinin danışıqlarının səs yazısının yayılmasını dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri