14 
Sen
2018
01:44
74
103
6951
Virtual karabakh

Moskva Xəzərdə boru kəmərlərinin çəkilməsi şərtini açıqladı

14 Sen, 2018
01:44
6951

Moskva Xəzərdə boru kəmərlərinin çəkilməsi şərtini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bəyan edib ki, Xəzər dənizində boru kəmərlərinin çəkilməsi istənilən sahilyanı ölkənin etiraz edəcəyi təqdirdə mümkünsüzdür. 

Oxu.Az xəbər verir ki, bu barədə diplomat “Kommersant” qəzetinə müsahibəsində deyib. 

O qeyd edib ki, Xəzərin statusu üzrə konvensiyada tərəflərin magistral boru xətlərini müvafiq ekoloji tələblərə və standartlara cavab verəcəyi təqdirdə çəkə biləcəyi əks olunub. 

Diplomat həmçinin bildirib ki, Ətraf mühitə təsirin qiymətləndirilməsi protokolu hər bir Xəzəryanı ölkənin hərtərəfli ekoloji ekspertizada iştirak etmək hüququnu tanıyır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri