18 
Sen
2018
12:22
317
94
11269
Virtual karabakh

Rusiya təyyarəsini suriyalılar vurub – YENİLƏNİB

18 Sen, 2018
12:22
11269

Rusiya təyyarəsini suriyalılar vurub – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, İl-20 təyyarəsi Suriyaya məxsus zenit-raket kompleksi tərəfindən vurulub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” məlumat yayıb. 

Rusiya təyyarəsi İsrail pilotlarının onu S-200 raketləri ilə vurması nəticəsində radarlardan itib. Qeyd edilib ki, İsrail Suriyanın Latakiya bölgəsində əməliyyat hazırlanması ilə bağlı Rusiya tərəfini xəbərdar etməyib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenko bəyan edib ki, İsrail tərəfi beş kilometrdən enişə hazırlaşan Rusiyaya məxsus İl-20 təyyarəsini görməyə bilməzdi. 

“Ancaq buna baxmayaraq, onlar bu təxribata gediblər”, - o bildirib. 

08:29

Rusiyanın İl-20 təyyarəsi Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizi üzərində, sahildən 35 kilometr məsafədə radarlardan itib.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 14 nəfər olub, onları taleyi məlum deyil. Rusiya hərbi idarəsinin məlumatına görə, təyyarə İsrail təyyarələrinin Suriyadakı obyektləri atəşə tutması zamanı radarlardan itib.

Qeyd olunur ki, təyyarə ilə əlaqə dörd ədəd İsrail F-16 qırıcı-bombardmançısının Latakiya əyalətindəki obyektlərə hücumu zamanı kəsilib.


F-16I Sufa (İsrail)

“Eyni vaxtda Rusiyanın hava məkanına radiolokasiya nəzarət vasitələri tərəfindən həmin rayonda olan fransız freqatı “Auvergne”dən (“Overn”) raket buraxılışları qeydə alınıb.


Fransanın FREMM sinfindən olan “Auvergne” freqatı

Öz növbəsində, ABŞ hökumətindəki nümayəndə CNN-ə bildirib ki, Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini Suriya hava hücumundan müdafiə qüvvələri vura bilərdilər.

Onun sözlərinə görə, insident İsrail qırıcılarının Rusiyanın Hmeymim bazasının yerləşdiyi Latakiya əyalətinə hücumunun dəf edilməsi zamanı baş verib. Telekanalın digər həmsöhbəti İsrailin Suriya ərazisini atəşə tutması faktını təsdiqləyib.


Suriya hərbçilərinin “BUK” zenit-raket kompleksi

İsrail Suriyaya hücumu və Rusiya təyyarəsinin itməsini şərh etməkdən imtina edərək, xaricdən gələn məlumatlara münasibət bildirmədiyini elan edib.

Xəbər hazırlanan vaxt üçün İl-20 təyyarəsinin ekipajının taleyi qaranlıq qalmaqda davam edir.

Təyyarənin itdiyi rayonda axtarış-xilasetmə əməliyyatı aparılır.

İl-20 (NATO kodlaşdırmasına görə “Coot”) – radioelektron kəşfiyyat və mübarizə təyyarəsidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri