18 
Sen
2018
15:26
38
206
12113
Virtual karabakh

Tanınmış müğənnidən Telman İsmayılova sərt ittiham

18 Sen, 2018
15:26
12113

Tanınmış müğənnidən Telman İsmayılova sərt ittiham

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı müğənni Avraam Russo hüquq-mühafizə orqanlarına müraciət edərək, 2004-cü ildə oğurlanmasının və döyülməsinin biznesmen Telman İsmayılovun sifarişi əsasında baş tutduğunu bildirib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Kommersant” nəşri gizli mənbəyə istinadla məlumat verib. 

İstintaq komitəsi sentyabrın 17-də Russonun oğurlanması və döyülməsi ilə bağlı cinayət işi başlayıb. Həmin gün bu işdə şübhəli bilinənlərdən biri - İsmayılovun qardaşı oğlu, “Praqa” restoranın keçmiş baş direktoru Zaur Mərdanov saxlanılıb. Saxlanıldıqdan sonra Russo və Mərdanov üzləşdirilib. 

Ehtimal edilir ki, o zaman iş adamları və qonaqlar üçün çıxışlar edən Russonun qaçırılmasını İsmayılov təşkil edib. Onun oğurlanması üçün İsmayılov Mərdanovu, ikinci isə daha beş nəfəri bu işə cəlb edib. 

Telman İsmayılovun vəkili Marina Rusakova hesab edir ki, müştərisinin ünvanına səsləndirilən fikirlər qanunsuz, uydurma və absurddur. O, Russonun 14 il sonra bu işdən şikayət etməsini məntiqsiz sayıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri