19 
Sen
2018
13:31
114
26
1822
Virtual karabakh

Moldova prezidenti hökuməti istefaya çağırdı

19 Sen, 2018
13:31
1822

Moldova prezidenti hökuməti istefaya çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova prezidenti İqor Dodon parlamentə növbədənkənar seçkilər keçirmək üçün hakim Demokratik Partiya tərəfindən formalaşdırlan Pavel Filip hökumətini istefaya çağırıb.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Dodon bunu Nazirlər Kabinetində bir gün əvvəl elan olunan yerdəyişmələri şərh edərkən bildirib.

“Mən seçkilərə bir neçə ay qalmış hökumətin heyətində dəyişikliklərin nəyə lazım olduğunu anlamıram. İnsanlar bu hökumətin və parlament çoxluğunun tamamilə getməsini istəyir.

Əgər demokratlar, həqiqətən, vətəndaşları eşitsəydi, parlamenti çoxdan buraxar və növbədənkənar seçkiləri elan edərdilər ki, bu məsələ fevrala qədər uzanmasın”, - İqor Dodon özünün “Facebook” səhifəsində yazıb.

“Mən hökumətin tam heyətlə istefaya getməsini, parlament seçkilərinin keçirilməsini, yeni parlament çoxluğunun və yeni hökumətin formalaşmasını gözləyirəm”, - deyə Moldova prezidenti əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri