20 
Sen
2018
10:25
90
19
4301
Virtual karabakh

Tramp ABŞ tarixinin ən pis səhvini açıqladı

20 Sen, 2018
10:25
4301

Tramp ABŞ tarixinin ən pis səhvini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp ölkəsinin bütün tarixi boyunca buraxdığı ən pis səhvi açıqlayıb. 

Onun sözlərinə görə, bu, Corc Buş tərəfindən ABŞ qoşununun Yaxın Şərqə yeridilməsidir. 

Oxu.Az xəbər verir ki, o, bu fikirləri “The Hill” nəşrinə müsahibəsində dilə gətirib. 

“Obamanın əsgərləri oradan çəkməsi yanlış idi, ancaq fikrimcə, ən böyük səhv qoşunun oraya yeridilməsi idi. Bu, ABŞ tarixinin ən pis səhvidir”, - Tramp bildirib.   

O əlavə edib ki, ABŞ Yaxın Şərqdəki əməliyyatlara yeddi trilyon dollar xərcləyib, hər iki ölkənin insan itkisi isə milyondan çoxdur. 

“Milyonlarla həyat...”, - prezident qeyd edib.  

Pentaqonun məlumatına əsasən, ABŞ İraq, Əfqanıstan və Suriyada 2001-2018-ci illərdə 1,52 trilyon dollar xərcləyib. Ancaq Braun Universiteti bu rəqəmin 5,6 trilyon olduğunu bildirib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri