20 
Sen
2018
10:55
100
20
4127
Virtual karabakh

Banan sevgisi oğrunu ələ verdi - FOTO

20 Sen, 2018
10:55
4127

Banan sevgisi oğrunu ələ verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində polis qarət etdiyi evdən banan götürən oğrunu müəyyən edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “South China Morning Post” məlumat yayıb.

Polis onlarla kənd evini qarət edən şəxsi uzun müddət axtarıb. Oğrunun tapılmasını çətinləşdirən cəhətlərdən biri də cinayət hadisələrinin təhlükəsizlik kameralarının az yerləşdirildiyi rayonlarda baş tutması olub. 

Oğrunun müəyyən edilməsi isə təsadüfən baş verib: zərərçəkmişlərdən biri deyib ki, qarətdən sonra onun evindəki masada olan banan yoxa çıxıb. Polis kamerada əks olunmuş videoları izləyib və cinayətkarı müəyyən edib. Elektroskuterdə olan oğru qarət etdiyi evin yaxınlığında yediyi bananın qabığını zibil qutusuna atıb. 

Polis oğrunu müəyyən edib və onu şəhərin internet-kafelərindən birində yaxalayıb. O, əməlini etiraf edib. 

Ə.Ş.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri