20 
Sen
2018
16:47
61
126
5841
Virtual karabakh

Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi

20 Sen, 2018
16:47
5841

Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti altı il Rusiya iqtisadiyyatı üçün sanksiyalar, ticarət müharibəsi və proteksionizm səbəbindən asan olmayacaq. 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin iclasında deyib. 

“Hamımız başa düşürük ki, bu altı illik dövrün başlanğıcı bizim üçün asan olmayacaq. Biz xammal və maliyyə bazarlarında vəziyyəti, ticarət müharibəsinin genişləndirilməsini və sanksiyaların artmasını nəzərə almalıyıq”, - baş nazir bildirib. 

Medvedevin sözlərinə görə, Rusiya iqtisadi siyasətini elə aparacaq ki, hətta bu kimi hallarda onu uğurla inkişaf etdirə bilsin. 

Bu ilin martında Medvedev bəyan edib ki, Rusiya iqtisadiyyatının “böhranın növbəti burulğanından sonra” artım potensialı tükənib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri