21 
Sen
2018
14:09
140
28
3841
Virtual karabakh

Merkel Meyi təhqir etdi

21 Sen, 2018
14:09
3841

Merkel Meyi təhqir etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya kansleri Angela Merkel Avropa Birliyi liderlərinin Salsburqdakı qeyri-formal görüşündə Böyük Britaniyanın baş naziri Tereza Meyin əlini sıxmayıb. 

Oxu.Az bununla bağlı Britaniyanın “Express” nəşrinə istinadla xəbər yayıb.

Merkelin yaxınlaşdığını görən Mey gülümsəyib və irəli gedərək, əl uzadıb. Merkel isə Meyi görməzdən gəlib və ona arxa çevirərək, digər şəxslərlə görüşüb. 

Nəşr bundan əvvəl bildirib ki, Merkel Böyük Britaniyanın “Brexit”ə görə əziyyət çəkəcəyini demişdi. BBC-nin jurnalisti Nikolas Uottun sözlərinə görə, Almaniya kansleri Avropa Birliyindən çıxmaq üçün Britaniya iqtisadiyyatına qarşı şərtləri yumşaltmaq niyyətində deyil. 

Eyni zamanda, Britaniya parlamenti də baş nazirdən narazıdır. Məlumatlara görə, ölkə rəsmi şəkildə Avropa Birliyindən çıxdıqdan sonra - 2019-cu il martın 29-da Mey istefaya göndəriləcək. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri