27 
Sen
2018
16:05
209
44
13092
Virtual karabakh

Ermənistanda tutulan çoban: Mənimlə azərbaycanca danışırdılar

27 Sen, 2018
16:05
13092

Ermənistanda tutulan çoban: Mənimlə azərbaycanca danışırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin iyulun 24-də səhvən Ermənistan ərazisinə keçən və orada həbs edilən, dünən azad olunan 16 yaşlı Türkiyə vətəndaşı Ümid Əli Özmən ölkəsinə dönüb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həbsdə saxlanıldığı müddət barədə jurnalistlərə açıqlama verib.

Ümidin dediyinə görə, onu azərbaycanlı zənn etdikləri üçün tutublar.

“Məcbur etdilər ki, telefonu açım. Açdım, baxdılar. Düzənlik ərazidən Ermənistanı çəkdiyimi bildilər. “Burada nə işin var?” soruşdular, “Yolumu itirmişəm” dedim. Gözlərimi bağlayıb məni polis şöbəsinə apardılar.

Orada bir otağa atdılar. Üç əsgər və bir mülki şəxs gəldi. Sonuncu mənimlə azərbaycanca danışdı. Sorğu-sual etdilər, həqiqəti dedim. “Ermənistanı görmək istəyirdim” dedim”.

Gənc çoban deyib ki, bundan sonra onu Beynəlxalq Mühafizəçilərə təhvil veriblər:

“Məni Yerevana Milli Təhlükəsizlik Servisinə apardılar. Tərcüməçi vardı. Kim olduğumu bilmirdilər. Terrorçu ola biləcəyimdən qorxurdular.

“Sən terrorçusan. Sizin yaşadığınız bölgədə çox azərbaycanlı var. Sən Azərbaycan agenti ola bilərsən”, - dedilər. Məhkəmə təşkil edildi. Mənə iki ay həbs verdilər. İkinci gün vəkilim gəldi, etiraz etdi.

Qırmız Xaçın uşaqların qala biləcəyi bir yerə yerləşdirildim. Sentyabrın 19-da buraxılmağıma qərar verdilər”.

O, həbsxanada qaldığı müddətdə Azərbaycan dilini bilən bir keşikçi olduğunu, onunla danışaraq, anlaşdığını dilə gətirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri