28 
Sen
2018
09:35
34
40
2336
Virtual karabakh

London “Skripal işi”ndə üçüncü şübhəlinin adını açıqladı

28 Sen, 2018
09:35
2336

London “Skripal işi”ndə üçüncü şübhəlinin adını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya xüsusi xidmət orqanı və terrorçuluqla mübarizə üzrə polis idarəsi Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilinən üçüncü şübhəlinin adını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Telegraph” məlumat yayıb. 

Bildirilib ki, həmin şəxs Rusiyanın hərbi kəşfiyyat casusudur. Onun adı açıqlanmayıb. Ehtimal edilir ki, həmin şəxs “Noviçok”un ölkəyə gətirilməsindən əvvəl hücumu planlaşdırıb. Qeyd edilib ki, o, keçmiş zabitlə bağlı məlumatı Rusiya tərəfinə ötürürmüş.

Bir müddət əvvəl Böyük Britaniya keçmiş rusiyalı kəşfiyyat polkovniki Sergey Skripal və qızı Yuliyanın mart ayında Solsberi şəhərində zəhərlənməsi işi ilə əlaqədar iki şübhəlinin adını açıqlayıb.

Onlar Aleksandr Petrov Ruslan Boşirovdur. Bir neçə gün əvvəl isə Ruslan Boşirov kimi tanınan adamın, əslində, Rusiya hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqa olması ilə bağlı informasiyalar yayılıb. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri