29 
Sen
2018
11:56
97
166
4688
Virtual karabakh

ABŞ Əsədə ultimatum verdi

29 Sen, 2018
11:56
4688

ABŞ Əsədə ultimatum verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər Suriya hökuməti yeni konstitusiya layihəsi üzərində işləməkdən imtina etsə, ABŞ tərəfdaşları ilə birlikdə bu ölkəyə qarşı sərt sanksiyalar irəli sürəcək. 

Oxu.Az xəbər verir ki, bu fikirləri “Reuters”ə müsahibəsində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib. 

“Əgər rejim bunu etməsə, biz onlarla 2015-ci ildə İranla davrandığımız kimi hərəkət edəcəyik”, - Ceffri bildirib. 

Diplomat əlavə edib ki, ABŞ “təcrid siyasəti”ni də tətbiq edə bilər. 

“Əgər BMT Təhlükəsizlik Şurası sanksiyaları təsdiqləməsə, biz Avropa Birliyi və asiyalı tərəfdaşlarımız vasitəsilə bunu edəcəyik”, - xüsusi nümayəndə bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri