Okt
2018
18:18
70
96
5698
Virtual karabakh

Ən varlı amerikalının adı açıqlanıb

4 Okt, 2018
18:18
5698

Ən varlı amerikalının adı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 24 ildə ilk dəfə “Forbes” jurnalında ABŞ-ın ən zəngin insanlarının reytinqində lider dəyişib.

Oxu.Az-ın xəbərinə görə, ölkənin ən varlı insanı “Microsoft” şirkətinin təsisçisi Bill Qeytsi qabaqlayan “Amazon” şirkətinin rəhbəri Ceff Bezos olub.

Bezos il ərzində reytinqin digər iştirakçılarının hamısından çox qazanıb - 78,5 milyard dollar. Onun ümumi sərvəti 160 milyard dollar dəyərində qiymətlənirilir. Bu da reytinqin tarixinə rekord məbləğ kimi düşüb. Bundan əvvəl siyahıya düşən ən zəngin insanların sərvəti 100 milyard dollar keçməyib. 

Bill Qeyts 97 milyard dollar sərvətlə siyahının ikinci pilləsində qərarlaşıb. O, 1994-cü ildən reytinqə başçılıq edirdi.

ABŞ-ın ən zəngin 10 insanın ümumi sərvəti 730 milyard dollar təşkil edib, bu da 2017-ci il ilə müqayisədə 120 milyard dollar çoxdur.

Ən çox “Twitter” sosial şəbəkəsinin və “Square” ödəniş sisteminin baş direktoru Cek Dorsi varlanıb (6,3 milyard dollar).

Jurnalın versiyasına görə, cari ildə hamıdan çox Corc Soros itirib. Onun sərvəti 23 milyard dollardan 8,3 milyard dollara düşüb.

ABŞ prezidenti Donald Trampın sərvəti isə il ərzində dəyişməyib - 3,1 milyard dollar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri