Okt
2018
15:53
149
26
8108
Virtual karabakh

Hitlerin qohumu ilk dəfə danışdı - FOTO

9 Okt, 2018
15:53
8108

Hitlerin qohumu ilk dəfə danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adolf Hitlerin sağ qalan kişi qohumlarından biri ilk dəfə jurnalistlərə açıqlama verib. Hitlerin qardaşı nəvəsi Aleksander Stüart Xyuston Almaniyanın “Bild” nəşrinin əməkdaşları ilə danışıb. 

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, kişi ABŞ prezidenti Donald Trampa və Almaniya kansleri Angela Merkelə olan münasibətlərindən söhbət edib. 

“Tramp mənim fəxr edə biləcəyim sonuncu insandır. O, mənim sevmədiyim insanlardandır”, - o deyib. 

Xyuston əlavə edib ki, o, yalançıları xoşlamır. 

Onun sözlərinə görə, əlində imkan olsaydı, ən yaxşı işləyən insanlar arasında Merkelə səs verərdi. 

“O, mənim xoşuma gəlir. O, çox ağıllı görünür”, - Xyuston qeyd edib. 

Hazırda Aleksander Nyu-York ştatının Lonq-Aylenda sahillərində yaşayır. Onun 68 yaşı var. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri