13 
Okt
2018
14:42
54
198
4219
Virtual karabakh

Kanada baş naziri Qarabağ münaqişəsindən danışdı

13 Okt, 2018
14:42
4219

Kanada baş naziri Qarabağ münaqişəsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir. 

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Kanada baş naziri Castin Trüdo Ermənistan baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib. 

O, problemin bütün tərəfləri qane edəcək sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib. Nazir ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini davam etdirməyə çağırıb. 

Kanada baş naziri region xalqlarının rifahı naminə danışıqların aparılmasının, Minsk prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri