14 
Okt
2018
17:01
128
60
8865
Virtual karabakh

Səudiyyə Ərəbistanı ABŞ və Britaniyaya xəbərdarlıq etdi

14 Okt, 2018
17:01
8865

Səudiyyə Ərəbistanı ABŞ və Britaniyaya xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı müxalif jurnalist Camal Qaşıqçının yoxa çıxmasından sonra ABŞ və Böyük Britaniya tərəfindən ünvanına səslənən təhdidlərə cavab tədbirləri görəcəyini bəyan edib.

Oxu.Az-ın verdiyi xəbərə görə, Ər-Riyadın rəsmi nümayəndəsi mümkün sanksiyalar təhlükəsi, siyasi təzyiq və əsassız ittihamların ərəb dünyasında aparıcı mövqe tutan Səudiyyə Ərəbistanının statusuna heç bir ziyan vurmayacağını bildirib. 

“Krallıq bildirir ki, ona qarşı atılan hər hansı addımlara daha ciddi tədbirlərlə cavab verəcək”, - nümayəndə deyib.

O qeyd edib ki, ölkəsinin iqtisadiyyatı dünyada mühüm rol oynayır və Səudiyyə Ərəbistanına qarşı tətbiq ediləcək məhdudiyyətlər qlobal nəticələrə gətirib çıxaracaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri