15 
Okt
2018
13:43
34
34
4169
Virtual karabakh

Tramp ABŞ-ın Türkiyədəki səfirliyini bağlamaq istəyib

15 Okt, 2018
13:43
4169

Tramp ABŞ-ın Türkiyədəki səfirliyini bağlamaq istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp keşiş Endryu Bransonun azad edilməsindən əvvəl Türkiyədəki bütün diplomatlarını geri çağırmağı planlaşdırıbmış. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “ABC News” Ağ Evdəki və Dövlət Departamentindəki mənbəyə istinadla məlumat yayıb. 

Telekanalın məlumatına görə, amerikalı lider Branson məsələsinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qəzəbli olub. Eyni zamanda, o, ABŞ-ın bu ölkədəki səfirliyinin bağlanması və bütün diplomatlarının geri çağırılması planının hazırlanması üçün sərəncam verib. 

Qeyd edilib ki, Trampın ətrafı bu məsələni müxtəlif cür qəbul edib. Belə ki, Ağ Evin aparat rəhbəri Con Kelli Türkiyədən köməkçi diplomatik personalın çıxarılmasını təklif edib, prezidentin müşaviri Con Bolton isə Trampın təklifini dəstəkləyib. 

Bu addımın iki ölkə münasibətlərinə ciddi zərrə verəcəyinə isə Trampı ABŞ dövlət katibi Mayk Pompeo inandıra bilib. 

Dövlət Departamenti bu informasiyanı təkzib edib, Ağ Ev isə bunu şərh etməkdən boyun qaçırıb. 
 
Xatırladaq ki, Branson 2016-cı ildə terrorçuluq ittihamı ilə Türkiyədə saxlanılmışdı. Bu məsələ iki ölkə arasında münasibətləri gərginləşdirmişdi. 

Bu il oktyabrın 12-də Branson Türkiyə məhkəməsinin qərarı ilə azadlığa buraxılıb və o, vətəninə dönüb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri