16 
Okt
2018
09:46
69
3
2800
Virtual karabakh

KTMT-nin iclası Yerevandan Moskvaya keçirildi

16 Okt, 2018
09:46
2800

KTMT-nin iclası Yerevandan Moskvaya keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının Yerevanda keçirilməsi planlaşdırılan iclası Moskvada olacaq.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib. 

İclas oktyabrın sonunda keçiriləcək. Onun sözlərinə görə, qərar Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. Oktyabrın sonunda hazırkı parlament buraxılacaq. 

“Ermənistanda parlament yeni seçkilərədək səlahiyyətlərini yerinə yetirməyə davam edəcək. Ancaq vəziyyət belə davam etsə, biz kiminlə danışaraq assambleyanı keçirəcəyik? Vəzifələrini müvəqqəti icra edən deputatlarla? Bu, məntiqsizdir və doğru deyil”, - Kalaşnikov bildirib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri