16 
Okt
2018
21:10
25
71
8704
Virtual karabakh

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

16 Okt, 2018
21:10
8704

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib. 

Oxu.Az xəbər verir ki, o özünün “ Twitter” səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.

“ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də 3 min miqrant Honduras-Qvatemala sərhədini keçərək Meksikaya doğru istiqamət alıb. Güman olunur ki, onların son məqsədi ABŞ sərhədini keçməkdir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri