19 
Okt
2018
10:11
111
36
4752
Virtual karabakh

Merkel Makronla bara getdi - FOTO

19 Okt, 2018
10:11
4752

Merkel Makronla bara getdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Belçika və Lüksemburq liderləri oktyabrın 17-də Qrand-plas meydanındakı bara gediblər. Siyasətçilər Britaniyanın baş naziri Tereza Meylə görüşdən, Britaniyanın Avropa İttifaqından çıxışını müzakirə etdikdən sonra oraya baş çəkiblər. 

Oxu.Az xəbər verir ki, fotonu xorvatiyalı jurnalist Xrvoye Kreşiç yayımlayıb. 

Merkel və Makron turistlər və yerli sakinlərlə söhbət edib. Lüksemburq baş naziri Ksavye Bettel deyib ki, seçkilərdə qalib gəldiyi üçün siyasətçilərə içki alıb. 

“Hər şey əla idi. Biz də insanıq”, - Bettel sosial şəbəkədəki fotosunu şərh edərkən deyib. O qeyd edib ki, barda onlar pivə və qızardılmış kartof dadıblar. 

Fransa prezidentinin köməkçisi bildirib ki, görüş təsadüfi olub. Bettel Makron və Merkellə hotelə qayıdan zaman belə bir təklif irəli sürüb. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri