19 
Okt
2018
18:36
43
107
6724
Virtual karabakh

Erik Davidoviçə hökm oxundu

19 Okt, 2018
18:36
6724

Erik Davidoviçə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış bloqer, “Smotra.ru” avtoqrupunun təsisçisi Erik Davidoviç məhkəmənin qərarı ilə dörd il səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, Doroqomilovsk Rayon Məhkəməsi E.Davidoviçi avtomobil sığortası zamanı dələduzluqda və çirkli pulların yuyulmasında təqsirli bilib.

İstintaqın versiyasına görə, Erik Davidoviç “Lexus LS430”, “Mercedes SL 55 AMG”, “BMW М5” və “BMW 745i” kimi sığortalanmış premium avtomobillərin oğurlanmasını səhnələşdirib. Bloqer sonradan saxta sənədlər vasitəsi ilə maşınlara görə kompensasiya alıb.

E.Davidoviçin ümumilikdə 10 milyon rubl məbləğində ziyan vurduğu məlum olub. 

Bloqer özünü irəli sürülən ittihamla təqsirli bilməyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri