20 
Okt
2018
22:47
57
316
16085
Virtual karabakh

Həbsxanada yer olmadığı üçün qatil azadlığa buraxıldı

20 Okt, 2018
22:47
16085

Həbsxanada yer olmadığı üçün qatil azadlığa buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada barəsində qanuni hökm qüvvəyə minən yeniyetmə qatili azadlğa buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş prokurorunun müavini Yevgeniy Yenin “Facebook” səhifəsində yazıb.

O təəccüblə qeyd edib ki, buna səbəb kimi islah müəssisəsində boş yerin olmaması göstərilib. Yeninin sözlərinə görə, qətlə yetirilənin qohumları azadlıqda gəzən qatillə üz-üzə gəldikdə və izahat üçün hüquq mühafizə orqanlarına müraciət etdikdə, məhz belə izahat eşidiblər.

Hadisədə iştirak edən Ukraynanın polis əməkdaşları barəsində xidməti araşdırma başladılıb. Bundan əlavə, ölkənin bütün regionlarında cəzaçəkmə müəssisələrində yoxlamalar aparılacaq. Qalmaqala səbəb olan qatil isə artıq dəmir barmaqlıqlar arxasına göndərilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri