29 
Okt
2018
11:49
16
371
14219
Virtual karabakh

İndoneziyada təyyarə qəzası: Onlarla insan öldü - VİDEO + YENİLƏNİB

29 Okt, 2018
11:49
14219

İndoneziyada təyyarə qəzası: Onlarla insan öldü - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziyada “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan şəxslərin hamısı ölüb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı ölkənin fövqəladə hallar agentliyinin nümayəndəsi məlumat verib. 

Xatırladaq ki, hadisə zamanı təyyarədə 189 nəfər olub. 

09:06

İndoneziyada “Lion Air” şirkətinə məxsus “Boeing” təyyarəsi Cakarta aeroportundan havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. 

Oxu.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib. 

Agentliyin məlumatına görə, İndoneziyanın Pankalpinanq şəhərinə uçuş həyata keçirməli olan “Boeing 737 MAX 8” Yava adası yaxınlığında dənizə düşüb. 

Hadisə zamanı göyərtədə olan insanların sayı açıqlanmır. Axtarış-xilasetmə əməliyyatları başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri