29 
Okt
2018
22:09
924
35
19606
Virtual karabakh

İstanbulda dünyanın ən böyük hava limanı açıldı

29 Okt, 2018
22:09
19606

İstanbulda dünyanın ən böyük hava limanı açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İstanbulda dünyanın ən böyük hava limanının açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, mərasimdə hava limanında sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün texniki imkanların tətbiq olunduğu bildirilib.

Qeyd olunub ki, 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə qoyulub. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.

İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri