30 
Okt
2018
15:25
47
158
13157
Virtual karabakh

Seçkilərdən sonra Gürcüstanda kütləvi həbslər

30 Okt, 2018
15:25
13157

Seçkilərdən sonra Gürcüstanda kütləvi həbslər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda keçirilən prezident seçkilərində qanun pozuntusuna yol verən 15 nəfər məsuliyyətə cəlb edilib. 

Oxu.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan daxili işlər nazirinin müavini Natiya Mezvrişvili məlumat verib. 

Onun sözlərinə görə, səsvermə zamanı baş verən insidentlərlə bağlı araşdırmalar aparılır. Mezvrişvili əlavə edib ki, saxlanılan şəxslər arasında müxaliflərlə yanaşı, hakim “Gürcü arzuları” partiyasının üzvləri də var. 

Xatırladaq ki, seçkilərin birinci turunun nəticələrinə əsasən, namizədlər 50 faizlik səddi keçə bilməyiblər. İkinci turda mübarizə Salome Zurabişvili və Qriqol Vaşadze arasında baş tutacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri