Noy
2018
01:13
159
30
11824
Virtual karabakh

Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama

3 Noy, 2018
01:13
11824

Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının qətlinə göstərişin kim tərəfindən verildiyini açıqlayıb. 

Oxu.Az The Washington Post nəşrinə istinadən xəbər verir ki, Ərdoğan göstərişin Səudiyyə Ərəbistanı hökumətinin üst qatından gəldiyini deyib. 

O qeyd edib ki, bu işdə təkcə Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin zabitləri iştirak etməyib.

Ərdoğan həmçinin Qaşıqçının meyitinin hələ də tapılmadığını bildirib.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl Səudun jurnalistin qətli ilə əlaqəsinin olmadığını da vurğulayıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri