12 
Noy
2018
14:43
330
51
5270
Virtual karabakh

Putin Türkiyəyə gedir

12 Noy, 2018
14:43
5270

Putin Türkiyəyə gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin “Türk axını” təbii qaz boru xətti layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “İzvestiya” qəzetinə müsahibəsində Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov məlumat verib. 

Mərasim noyabrın 19-da İstanbulda keçiriləcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu tədbirə qatılacaq. 

“Türk axını” layihəsi Qara dənizdən Türkiyənin Avropa hissəsinə, oradan isə Yunanıstanla sərhədədək uzanan qaz boru xəttinin tikintisini nəzərdə tutur. Layihənin dənizdən keçən hissəsinin uzunluğu 930 kilometr, qurudan keçən hissəsinin uzunluğu isə 180 kilometrdir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri