14 
Noy
2018
13:22
63
143
7489
Virtual karabakh

İranda “sikkə sultanı” edam olundu

14 Noy, 2018
13:22
7489

İranda “sikkə sultanı” edam olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda  qızıl taciri, “sikkə sultanı” adı ilə tanınan Vahid Məzlumin və köməkçisi Məhəmməd İsmayıl Qasimi edam olunublar. 

Oxu.Az “Arab News”a istinadən xəbər verir ki, onlar korrupsiya, maliyyə fırıldağı və qaçaqmalçılıqda ittiham ediliblər.

Mazlümin sikkələrin qiymətini süni qaldırmaqda və ölkə iqtisadiyyatına zərər vurmaqda təqsirli bilinib. Ölüm hökmü apellyasiya şikayətindən sonra qətiləşib. 

58 yaşlı “sikkə sultanı” iyulda Tehranda həbs edilib. Saxlanılan zaman Məzlumindən iki ton qızıl sikkə müsadirə olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri