17 
Noy
2018
19:49
36
446
8531
Virtual karabakh

Qroznıda qadın özünü partlatdı

17 Noy, 2018
19:49
8531

Qroznıda qadın özünü partlatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naməlum qadın Qroznının Staropromıslovsk rayonunda nəzarət-buraxılış məntəqəsi qarşısında özünü partladıb.

Oxu.Az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən polis generalı Apti Alaudinov bildirib.

Onun sözlərinə əsasən, məntəqəyə yaxınlaşan qadının qeyri-adi hərəkətlərindən şübhələnən polis əməkdaşları ondan səndələrini təqdim etməsini istəyiblər. Lakin o, tələbə məhəl qoymayaraq, nəzarət-buraxılış məntəqəsinə tərəf qaçıb. Hüquq mühafizə orqanlarının əməkdaşları havaya xəbərdarlıq atəşi açdıqdan sonra isə qadın üzərində olan partladıcı qurğunu işə salıb.

General bildirib ki, partlayış nəticəsində xəsarət alan olmayıb. Hazırda qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri