18 
Noy
2018
01:13
25
123
2509
Virtual karabakh

ABŞ Kaşıkçının qətlinə dair yekun qərar verməyib

18 Noy, 2018
01:13
2509

ABŞ Kaşıkçının qətlinə dair yekun qərar verməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ hələlik səudiyyəli jurnalist Camal Kaşıkçının qətlinə dair yekun qərar verməyib.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib.

“Amerika hökuməti Camal Qaşıqçının qətlində iştirak edən hər kəsi məsuliyyətə cəlb etmək niyyətindədir. Bir müddət öncə yayılan məlumatlar səhvdir, ABŞ yekun qərar verməyib. Qaşıqçının ölümünə dair hələ çox sual qalmaqdadır”, - Nauert deyib.

ABŞ prezidenti Donald Tramp isə şənbə günü Dövlət katibi Mayk Pompeo ilə MKİ-nin direktoru Cina Hacpellə sözügedən məsələni müzakirə edib.

Daha öncə “Washington Post” qəzeti MKİ-nin Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd Bin Salman əl-Səudun Kaşıkçının qətli barədə göstəriş verə biləcəyi haqqında yazmışdı. Tramp isə şahzadənin bu məsələdə heç bir iştirakı olmadığını bəyan etmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri