18 
Noy
2018
12:26
223
69
6835
Virtual karabakh

Ukraynalı general Rusiya ilə “böyük müharibə”dən söz açdı

18 Noy, 2018
12:26
6835

Ukraynalı general Rusiya ilə “böyük müharibə”dən söz açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna silahlı qüvvələri Baş qərargah rəisinin sabiq müavini İqor Romanenko hesab edir ki, 

Rusiya tərəfi Ukrayna gəmilərinin Azov dənizinə çıxışını bağlıya bilər, bu isə iki ölkə arasında “böyük müharibə” ehtimalını artıracaq.

Oxu.Az xəbər verir ki, bu barədə general “Apostrof”a müsahibəsində deyib.

Onun sözlərinə əsasən, belə toqquşma məqsədə uyğun deyil, çünki Ukrayna ordusu Rusiya ordusuna layiqli cavab vermək iqtidarında deyil.

“Qərb bizə ordu ilə yardım etməyəcək, çünki qarşıdurmanın genişlənərək üçüncü dünya müharibəsinə çevrilməsini istəmir. Bizə yalnız diplomatik, siyasi və hərbi sahələrdə fəal köməklik göstəriləcək”, - Romanenko deyib.

Hərbçi həmçinin Rusiyaya tətbiq edilən sanksiyaların güclənəcəyini də ehtimal edib, hərçənd onların ciddi təsirinə şübhə ilə yanaşır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri