18 
Noy
2018
13:21
44
263
13201
Virtual karabakh

Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi

18 Noy, 2018
13:21
13201

Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanda Rusiya qvardiyasının leytenantı güllələnib.

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, qətldə əlbəyaxa döyüş üzrə dünya çempionu şübhəli bilinir.

Hadisə Mahaçqalanın “Best” gecə klubunda, hərbçinin dostları ilə dincəldiyi zaman baş verib.

“Sərxoş gənclər arasında mübahisə yarandı. Bu zaman onlardan biri tapança çıxararaq iki nəfərə atəş açdı”, - agentliyin mənbəyi bildirib.

“Təcili yardım” gələnə qədər Rusiya qvardiyasının leytenantı dünyasını dəyişib. Onun tanışı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və polisə ifadə verib.

Atəş açan şəxs cinayət yerindən qaçıb və hazırda axtarılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri