25 
Noy
2018
20:10
609
36
25205
Virtual karabakh

Qazaxıstanda ilk dəfə pedofil axtalandı

25 Noy, 2018
20:10
25205

Qazaxıstanda ilk dəfə pedofil axtalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda ilk dəfə pedofil məcburi qaydada kimyəvi üsulla axtalanıb. 

Oxu.Az xəbər verir ki, bu, bir neçə ay əvvəl qüvvəyə minmiş müvafiq qanunun tətbiqi nəticəsində mümkün olub. 

Uşaqbazlığa görə saxlanılan şəxsin bədəninə xüsusi inyeksiya yeridilib. 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il uşaqlara qarşı zorakı əməllərə yol verən kişilərin axtalanması üçün 2000 inyeksiyanın alınmasına 25 min dollar vəsait ayırıb. 

Bildirilir ki, bu metodun effektiv olması üçün pedofilin bədəninə ildə iki dəfə müvafiq inyeksiya yeridilməlidir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri