28 
Noy
2018
10:57
116
42
2338
Virtual karabakh

Tramp Putinlə görüşü ləğv edə bilər

28 Noy, 2018
10:57
2338

Tramp Putinlə görüşü ləğv edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Argentinadakı mümkün görüşünün Kerç boğazındakı vəziyyət səbəbindən ləğv edilə biləcəyini deyib. 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı o, “The Washington Post” nəşrinə müsahibəsində məlumat verib. 

“Ola bilsin ki, görüş olmasın. Bu təcavüzkarlıq mənim xoşuma gəlmir. Mən onu istəmirəm”, - prezident bildirib.

Tramp əlavə edib ki, son qərar üçün əsas faktor milli təhlükəsizlik komandasının baş verən insidentlə bağlı tam hesabatı olacaq. 

Qeyd edək ki, bundan əvvəl amerikalı lider Kerç boğazındakı vəziyyətdən narazılığını ifadə etmişdi. O ümid edib ki, vəziyyət normallaşacaq. 

Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib.

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Don” sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar.

Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.

Rusiya və ABŞ prezidentləri arasında görüşün noyabrın 30-dan dekabrın 1-dək Argentinada baş tutan G20 sammiti çərçivəsində keçirilməsi planlaşdırılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri