29 
Noy
2018
12:28
337
189
30288
Virtual karabakh

Gürcüstan ilk qadın prezidentini seçdi: 59,52 faiz səslə - YENİLƏNİB

29 Noy, 2018
12:28
30288

Gürcüstan ilk qadın prezidentini seçdi: 59,52 faiz səslə - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 100 faizi hesablanıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat Gürcüstan Seçki Komitəsi Mərkəzinin saytında yerləşdirilib. 

Məlumatlara əsasən, prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçkilərdə qalib gəlib. O, səslərin 59,52 faizini qazanıb. 

Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,48 faizinə sahib olub. 

Zurabişviliyə 1,14 milyondan çox seçici, Vaşadzeyə isə 778 min seçici səs verib. 

09:00

“Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili prezident seçkilərinin qalibi olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Gürcüstan Seçki Komissiyası səslərin 99,7 faizinin hesablanmasından sonra məlumat yayıb.

MSK-nın məlumatına əsasən, Zurabişviliyə seçicilərin 59,56 faizi səs verib. Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

Zurabişvili Gürcüstanın yeni tarixində ilk qadın prezidentdir. O, Parisdə gürcü miqrantların ailəsində dünyaya gəlib. 

Bundan əvvəl, “Gürcüstanın yolu” partiyasının rəhbəri olub, həmçinin Gürcüstan xarici işlər naziri və Fransanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri