30 
Noy
2018
16:07
358
43
12640
Virtual karabakh

Makronu Argentinada heç kim qarşılamadı - VİDEO

30 Noy, 2018
16:07
12640

Makronu Argentinada heç kim qarşılamadı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa prezidenti Emmanuel Makron Buenos-Ayresdə keçiriləcək G20 sammitində iştirak etmək üçün həyat yoldaşı Bricitlə birlikdə Argentinaya gedib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Infobae” portalı məlumat yayıb. 

Məlumatlara görə, Makronu aeroportda Argentinanın rəsmi nümayəndə heyəti qarşılamayıb. Fransa lideri bir müddət təyyarədən çıxmayıb. 

Təyyarəni tərk edən zaman o, ətrafa baxıb, heç kimi görmədikdə isə mühafizə xidmətinin və aeroportun əməkdaşlarının əlini sıxıb. Təyyarədən düşdükdən sonra daha iki naməlum şəxslə salamlaşıb. 

Argentinanın vitse-prezidenti Qabriyel Miketti yalnız Makron avtomobilə yaxınlaşan zaman peyda olub. O, bu hadisəyə görə prezidentdən üzr istəyib.

Xatırladaq ki, G20 sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtında keçiriləcək.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri