Dek
2018
16:47
306
37
8564
Virtual karabakh

Fransada fövqəladə hal rejimi tətbiq oluna bilər

2 Dek, 2018
16:47
8564

Fransada fövqəladə hal rejimi tətbiq oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada yanacaq qiymətlərinin artması ilə başlayan “Sarı jiletlilər”in aksiyaları geniş vüsət alıb.

Oxu.Az xəbər verir ki, Parisdə şiddətin artması, dağıdıcılığın geniç vüsət alması səbəbindən hökumət bəzi tədbirlər barədə düşünür.

Bunlardan biri də fövqəladə hal rejiminin tətbiqidir.

Hökumət sözçüsü Benjamin Qriveaux bildirib ki, ölkədə sabitliyi bərqərar etmək üçün etirazçılarla danışıqlara gedilməlidir.

“Bu hadisələrin təkrarlanmaması üçün görüləbiləcək tədbirlər barədə düşünməliyik”, - sözçü “Europe 1” radiosuna açıqlamasında deyib.

10 min etirazçıya qarşı Parisdə dörd min beş yüz polis müqavimət göstərir. Yelisey sarayına qədər gələn aksiyaçılarla polis arasında qarşıdurma davam edir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri