Dek
2018
20:11
149
365
11615
Virtual karabakh

Tütün şirkəti marixuana istehsal edəcək

8 Dek, 2018
20:11
11615

Tütün şirkəti marixuana istehsal edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İri tütün şirkəti olan “Altria Group” Kanadanın marixuana istehsalçısı olan “Cronos Group”un səhmlərinin 45%-ni alıb. “Altria Group” şirkəti “Marlboro” və “Parliament” əmtəə nişanlarına sahib olan “Philip Morris USA”nın ana şirkətidir.

Oxu.Az xəbər verir ki, bu haqda “Business Wire” nəşri məlumat verib.

“Bizim “Cronos Group”la eksklüziv əməkdaşlığımıza qoyulan sərmayələr genişlənməkdə olan çətənə bazarında “Altria”nın böyüməsi üçün inanılmaz imkanlar açır”, - deyə şirkətin nümayəndələri bildiriblər.

Qeyd olunur ki, sazişin məbləği təqribən 1,8 milyard dollar təşkil edib. Sazişə əsasən, “Cronos Group”un idarə heyətindəki yeddi yerdən dördünə “Altria Group” sahib olacaq. Həmçinin, yaxın dörd il ərzində tütün şirkətinin biznesdəki payı 55%-ə qədər artacaq.

Oktyabrın 17-də Kanadada marixuananın istifadəsinin tamamilə qanuniləşməsi haqda qanun qüvvəyə minib. Ertəsi gün kanadalılar marixuana satışı ilə məşğul olan saytlara axın edərək, satış mərkəzlərinini açılmasına isə saatlar qalmış növbələrə düzülüblər. Marixuananın istifadəsinin qanuniləşməsindən beş gün sonra bu sahədə ixtisaslaşmış mağazalar artıq marixuananın tükəndiyini bəyan ediblər.  

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri