Dek
2018
23:46
232
37
5325
Virtual karabakh

“Yaşıl jilet”lilər “sarı jilet”liləri dəstəkləyirlər

8 Dek, 2018
23:46
5325

“Yaşıl jilet”lilər “sarı jilet”liləri dəstəkləyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın yüzdən çox şəhərində “Yaşıl jilet”lilər iqlim dəyişikliyi ilə əlaqədar etiraz yürüşü ediblər. Parisdə “sarı jilet”lilərin də qoşulduqları dinc aksiyanın iştirakçıları paytaxtın şərqində “Nation” meydanından “Respublika” meydanına yürüş ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu haqda Fransa KİV məlumat yayıb. 

“Yaşıl jilet”lilər “sarı jilet”liləri dəstəklədiklərini bildiriblər. 

Yanacaq vergisinin artırılmasına qarşı Parisin mərkəzində keçirilən aksiyada 31 min insan iştirak edib.

Hüquq-mühafizə orqanları tərəfindən 737 aksiya iştirakçısı saxlanılaraq dindirilib. Onlardan 551-i müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib. Rəsmi məlumatlara görə iğtişaşlar zamanı 55 nəfər xəsarət alıb.

Parisdəki aksiya zamanı polis gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib. Paytaxtın bəzi məhəllələrində ictimai iaşə müəssisələrinin vitrinləri sındırılsa da, ümumilikdə aksiyanın sakit keçdiyi bildirilir.

Əyalətlərdə də “sarı jilet”lilərlə polis arasında qarşıdurmaların baş verdiyi barədə məlumatlar var.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri