Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb
Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb
Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1550-ni keçib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.
Nazir deyib: "Saxlanılanların sayı Paris üçün bir rekord oldu və 1550-ni keçdi. Hələ heç vaxt Parisdə bu qədər insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb".
Xatırladaq ki, ötən gün Fransada yanacaq vergisinin artırılmasına qarşı ölkə üzrə keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfər iştirak edib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, dekabrın 1-i etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır.
Oxu.Az yeniləndi!