Dek
2018
14:40
50
119
4789
Virtual karabakh

Ermənistanda seçici səs verə bilmədi

9 Dek, 2018
14:40
4789

Ermənistanda seçici səs verə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda parlament seçkilərində seçici səs verə bilməyib.

Oxu.Az xəbər verir ki, bu haqqda «Sputnik Armenia» məlumat verib. Seçici seçki məntəqəsinə gəlib və səsvermə kabinəsindən uzun müddət çıxmayıb.

Seçki komissiyasının rəhbəri Karine Saribekyan seçicidən hər hansı bir problemin olub-olmamasını soruşub. Seçici öz növbəsində bildirib ki, reytinq sistemi üzrə namizədlərdən heç birini tanımır.

Daha sonra seçici zərfi seçki qutusuna atıb, lakin «Sputnik Armenia» nın müxbirinə səs verə bilmədiyini və səsvermə vərəqini qaytarmaq istəmədiyinə görə qutuya atdığını bildirib.

Qeyd edək ki, Ermənistan qanunverici orqanında yerlər üçün 11 siyasi güc mübarizə aparır - 9 partiya və 2 blok.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri